Bazar ertəsi , 5 Oktyabr 2026

Daxili siyasət

Ali Məhkəmə hansı hallarda daşınmaz əmlakın son alıcıdan geri alına biləcəyini açıqlayıb

Ali Məhkəmə tərəfindən daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad qəbul edilib. Bu barədə  Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr əsasında və ya digər hüquqazidd yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq sonradan bir və ya …

Read More »

Azərbaycanda bu dövlət qurumları ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib. Boyukmillet.com İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Məlumata görə, agentliyin ləğv olunan yol istismar şirkətləri aşağıdakılardır: “Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev; “Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov; “Bakı 6 №-li …

Read More »

İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır

Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır. Boyukmillet.com AZƏRTAC-a istinadən bildirir ki, bunu sözləri Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında deyib. “Biz həm Azərbaycanda, həm də qonşuluqda infrastruktur layihələrinə böyük sərmayə yatırmışıq, bu işlər davam edir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More »

Nazir Anar Seyidməmmədovla bağlı əmr imzaladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsinə əsasən ehtiyata buraxılıb.  Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb. Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi …

Read More »

Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi …

Read More »

Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin qarşısı süni maneələrlə alınıb

Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alınıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub. Prezident bildirib ki, qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu …

Read More »

Hakim bəraət hökmü və şərti məhkumetmə ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib. “Report” xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib. Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər: – cinayət hadisəsi olmadıqda; – şəxsin əməlində cinayət tərkibi olmadıqda; – …

Read More »

Azərbaycanın inklüziv və ədalətli sosial təminat təcrübəsi BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF)  “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Bu gün Gürcüstanın Tbilisi şəhərində keçirilən təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub. Fond sosial təminat sahəsində …

Read More »

Dövlət başçısından daha bir FƏRMAN

“Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında” 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri …

Read More »

Əbülfəz Elçibəyin 88-ci doğum günüdür

Bu gün Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin 88-ci doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə …

Read More »