Bazar ertəsi , 5 Oktyabr 2026

Daxili siyasət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Azərbaycan Ali Məhkəməsi tərəfindən məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə …

Read More »

Prezident Gömrük Məcəlləsində dəyişikliyi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, yeni qanunla idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair “Texniki tənzimləmə haqqında” Qanuna əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı yoxlanılmalıdır. Bu tələblər idxal edilən mallara …

Read More »

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki …

Read More »

Əli Əsədov sərəncam imzalad

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar və müddətlər müəyyən edilib. Bildirilib ki, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər qurumlarla razılaşdırmaqla, Milli Fəaliyyət …

Read More »

Baş nazir qərar imzaladı

Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi (2-6/) “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən …

Read More »

Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırılıb

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliyi təsdiqləyib. Dəyişikliklə dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə …

Read More »

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik təsdiqlənib. Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı adıçəkilən qanunlara dəyişikləri imzalayıb.

Read More »

İlham Əliyevdən Avropa banklarına ilginc ÇAĞIRIŞ

“Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu – Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar”. Boyukmillet.com xatırladır ki, bu fikri prezident İlham Əliyev Almaniya kansleri ilə birgə mətbuat konfransında medianın …

Read More »

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini …

Read More »

Milli Qəhrəman Gültəkin Əsgərovanın bacısı vəfat etdi

Milli Qəhrəman Gültəkin Əsgərovanın böyük bacısı Nabat Məmmədova vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, Nabat Məmmədova 20 Yanvar hadisələri zamanı Bakı buxtasındakı blokadanın əsas təşkilatçılarından biri, “Mən tarana gedirəm” kitabının müəllifi, gəmi kapitanı Kərəm Məmmədovun həyat yoldaşı olub. Qeyd edək ki, Nabat Məmmədova 40 ildən …

Read More »