Cümə , 18 Sentyabr 2026
Drone Cameras

İran Türkiyə və Omana uçuşları DAYANDIRIR – ŞOK SƏBƏB

İranın “Mahan Air” aviaşirkəti Türkiyəyə və Omanın paytaxtı Maskata uçuşlarını növbəti xəbərdarlığa qədər dayandıracağını elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Fars News” agentliyi yayıb.

Şirkətin yaydığı rəsmi açıqlamada qərarın Türkiyə və Oman tərəfinin “Mahan Air”in uçuşlarının qarşısını alması ilə bağlı bəyanatlarından sonra qəbul edildiyi bildirilib.

Məlumata əsasən, Tehran-Maskat-Tehran reysləri sentyabrın 17-dən, İran və Türkiyə arasındakı gediş-dönüş uçuşları isə sentyabrın 21-dən etibarən ləğv olunur.

Aviaşirkət Türkiyə istiqaməti üzrə sirkulyarında Tehran-İstanbul və Tehran-Ankara marşrutları ilə son uçuşların sentyabrın 20-də gerçəkləşəcəyini bəyan edib.

Check Also

Samir Adıgözəlli: 15 Sentyabr niyə hələ də dövlət səviyyəsində qeyd olunmur? — Nuru Paşanın abidəsi niyə yoxdur?

15 Sentyabr Azərbaycan tarixində sadəcə Bakının azad edildiyi gün deyil. Bu tarix Azərbaycanın bolşevik istilasından …