Cümə , 18 Sentyabr 2026
Drone Cameras

Şoyqudan Bakı və Moskva münasibətləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Rusiya və Azərbaycan münasibətlərdəki böhranı geridə qoyublar, indi ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib.

“Moskva və Bakının birgə səyləri nəticəsində ikitərəfli əlaqələrdəki son böhranlı dövrün geridə qaldığını məmnunluqla qeyd edirik. İndi ümumi vəzifə Rusiya–Azərbaycan əməkdaşlığını liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq ardıcıl şəkildə inkişaf etdirməkdən ibarətdir”, – deyə o, Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurası rəyasət heyətinin iclasında bildirib.

Şoyqu vurğulayıb ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin ali səviyyədə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla ikitərəfli müqavilə-hüquq bazasına, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsi mövqeyindən çıxış edir.

“Məhz bu istiqamətdə birgə işin aparılması ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə öz fikrini bildirib”, – deyə o əlavə edib.

Check Also

Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Türkiyə Xarici İşlər Nazirliyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin 108-ci ildönümü …