Şənbə , 17 Oktyabr 2026
Drone Cameras

Türkiyədə genişmiqyaslı ƏMƏLİYYAT – 100-dən çox şəxs saxlanıldı

Türkiyədə hüquq müdafiəçilərinə və LGBTQ+ icmasının fəallarına qarşı genişmiqyaslı reydlər başlanıb.

Boyukmillet.com xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, polisin əməliyyatları eyni vaxtda İstanbul, Ankara, İzmir və digər iri şəhərləri əhatə edib.

Təhlükəsizlik qüvvələri hüquq müdafiə təşkilatlarının ofislərində, QİÇS-lə mübarizə və profilaktika mərkəzlərində, fəalların mənzillərində, eləcə də gecə klublarında axtarışlar aparıblar.

Əməliyyat çərçivəsində 100-dən çox şəxs saxlanılıb, onların 62-si barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Rəsmi qurumlar bu tədbirləri “Ailəm təhlükəsizdir” adı altında həyata keçirir.

Ədliyyə naziri Akın Gürlek bildirib ki, reydlər uşaqların, ailə təsisatının və ictimai qaydanın qorunması məqsədilə təşkil olunub. Nazir, həmçinin hədəf alınan təşkilatları “qeyri-əxlaqi” materiallar yaymaqda ittiham edib.

Check Also

Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev …