Cümə , 18 Sentyabr 2026
Drone Cameras

İrəvanda dava: Paşinyan rus dilini öyrənir, məmurlara da məcbur edir!

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında xarici dillərin, xüsusilə də rus dilinin öyrənilməsinin vacibliyindən danışıb.

Boyukmillet.com xəbər verir ki, ölkə rəhbəri özünün də rus dilini fəal şəkildə öyrəndiyini bildirərək, digər dövlət rəsmilərinə də bu dili mənimsəməyi tövsiyə edib.

Paşinyan bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Arsen Torosyanın ingilis dilinin ölkənin ÜDM artımına belə təsir etdiyini vurğulayan çıxışına cavab olaraq səsləndirib. Baş nazir bildirib ki, dövlət məmurları yalnız ingilis dili ilə kifayətlənməməli, digər xarici dilləri də mütləq öyrənməlidirlər.

Öz növbəsində nazir Arsen Torosyan dövlət qulluqçularının attestasiya prosesinə xarici dil biliyi tələbinin rəsmi şəkildə əlavə olunmasını təklif edib. Bu təklif qəbul edilərsə, Ermənistanda xarici dil bilməyən məmurlar vəzifədə yüksələ bilməyəcəklər.

Check Also

ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin …