Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Naxçıvanda internet qiymətləri endirildi

 İnternet abunəçilərinə bahar müjdəsi! Boyukmillet.com  xəbər verir ki,1 mart 2020-ci il tarixdən etibarən Naxçıvan MuxtarRespublikasıİnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən istifadəçilərə göstərilən internet xidmətinin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi məqsədilə ADSL(AsimmetrikRəqəmsalAbunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internet tariflərində endirim edilmişdir:

Read More »

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycan teatrına ağır itki üz verib.Boyukmillet.com xəbər verir ki, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı dünyasını dəyişib.Məlumatı teatrın aktyoru İlham Əsədov verib.Qeyd edək ki, Ağaxan Salmanlı 78 yaşında dünyasını dəyişib.

Read More »

Azərbaycanda biabırçılıq: Müəllimə sinifdə “Məsti xumar” mahnısına oynadı (VİDEO)

https://www.youtube.com/watch?v=KSqBWXl6RIk Azərbaycanda müəllimin xoşagəlməz görüntüsü yayılıb. Boyukmillet.com xəbər verir ki, müəllim sinifdə “Məsti Xumar” mahnısına qoşaraq rəqs etməyə başlayıb. Bu azmış kimi müəllim rəqs etdiyi vaxt çay içməyə başlayıb.Müəllimin məktəbdə  belə addım atması sosial şəbəkələrdə qınağa səbəb olub.

Read More »

Türkiyə şəhid verməsəydi…- Ankaranı qınayanlara cavab

Elməddin BehbudTürk milləti ötən əsrin əvvəlində azadlığını yenidən qazanmaq üçün təkcə Çanaqqala savaşında 50 minə yaxın şəhid vermişdi. O şəhidlər olmasaydı Anadoluda min illik türk mirasından bu günümüzə gəlib çatan ən yaxşı halda muzeyə çevrilən məscidlər olacaqdı.1923-cü il 29 oktyabrda Cümhuriyyətin yaradıldığı elan olunandan az sonra Türkiyə doğu Anadoluda çıxan üsyanları (Şeyx Səid, Seyid Rza və s.) da şəhidlərinin qanı …

Read More »

Başının üstündə Nikolayın fotosunu asan FHN-nin generalı… – İSBAM rəhbərindən Kəmaləddin Heydərova mesaj + FOTO

“General-mayor Sevda Şirinova. Sevda xanım kimdir? Fövqaladə Hallar Nazirliyinin kadrlar idarəsinin rəisi. Xanım general nə az nə çox, 15 ildir FHN-də kadr məsələlərini həll edir. 2005-ci ilə qədər də Gömrük Komitəsində çalışıb. Bunlar bir yana, mən elə bildim bu xanım Nikolayın dövründə işləyib”. Boyukmillet.com Mia.az -a istinadən  xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib. …

Read More »

Nazirlər Kabineti karantini pozan şəxslərlə bağlı göstəriş verdi

İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar. Boyukmillet.com bildirir ki. bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək …

Read More »

Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib

Heydər Əliyev Fondu Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun bıçaqladığı keçmiş həyat yoldaşı Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələləri öz üzərinə götürüb.Bu barədə “Report”a açıqlamasında D.Bəhmənovanın anası məlumat verib.O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib:“Bir neçə gün öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng etmişdi. O dedi …

Read More »

Naxçıvana yeni qaz və tranzit dəmir yolu xətlərinin çəkilişi Türkiyə saytlarında şərh edilib

Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də igdir15temmuzgazetesi.com və serhatbirikim.com.tr xəbər portallarında jurnalist Sara Əzimovanın “Naxçıvanlılara böyük müjdə “Dildə, fikirdə, əməldə birlik” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Naxçıvan Muxtar Respublikasına Türkiyədən dəmir yolu və qaz xəttinin çəkilişi ilə bağlı verilən mühüm qərarlar şərh edilir, onun əhəmiyyəti vurğulanır. …

Read More »

Azərbaycanda kimlər koronavirusa yoluxa bilər? – Risk SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.REKLAM Boyukmillet.com xəbər verir ki, Medicina.az bunu nəzərə alaraq Azərbaycanda bundan sonra koronavirusa yoluxma riski qrupuna kimlərin daxil ola biləcəyini araşdırıb. Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev da bir çox xəstəliyi olanların daha ehtiyatlı olmasını bildirib. …

Read More »

Türkiyənin İsparta və Akdeniz universitetlərində Xocalıya dair konfranslar keçirilib

Xocalı soyqırımının 28-ci ildönümünün geniş şəkildə anılması məqsədilə Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Milli Qəhrəmanı Vahid Quliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin iştirakı ilə fevralın 26-da İsparta Universitetində bu dəhşətli soyqırımın qurbanları ehtiramla yad edilib.Əvvəlcə İspartanın mərkəzindəki parkda Xocalı ilə bağlı memorial ziyarət edilib və əklil …

Read More »