Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

1 sentyabr tarixi Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısıBakı Tacir Bankının bank şurasının sədriHacı Zeynalabdin Tağıyev (1823c1838 dəqiq deyil)ü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur.Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq …

Read More »

Qazaxıstanda partlayışların baş verdiyi ərazidə fövqəladə vəziyyət elan edilib

Hərbi hissədə partlayışların baş verdiyi Qazaxıstanın Jambıl vilayətinin Bayzak rayonunda fövqəladə vəziyyət elan edilib. Boyukmillet.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri Berdibek Saparbayev qərar qəbul edib. Fövqəladə halın aradan qaldırılmasına region rəhbərinin müavini Talqar Mamayev rəhbərlik edəcək. Ona hadisənin fəsadlarının aradan qaldırılması tapşırılıb.

Read More »

Azərbaycanın Baş prokuroru Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Read More »

İkinci Dünya Müharibəsinin başlanmasından 82 il ötür

Bu gün – 1 sentyabr İkinci Dünya Müharibəsinin başlanmasından 82 il keçir. Boyukmillet.com  xatırladır ki, Almaniyanın Polşaya hücumunun başlandığı bu tarix (1 sentyabr 1939-cu il) İkinci Dünya Müharibəsinin başlanması tarixi sayılır. 6 il 1 gün davam edən müharibə nəticəsində 60 milyondan çox insan həyatını itirib. Avropanın böyük hissəsini işğal etməyə müvəffəq olan faşist Almaniyası 1945-ci ildə antihitler koalisiyası tərəfindən məğlubiyyətə …

Read More »

1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi keçiriləcək

Minatəmizləmə Agentliyi “Bakı Expo” Mərkəzində təşkil olunacaq 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilməsi ilə əlaqədar sərgi stendinin və digər avadanlıqların icarəsi xidməti üçün açıq tender elan edib. Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 21-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə sentyabrın 29-u, saat 18:00-a qədər dövlət …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % azalaraq 2,0064 manat, Rusiya rublunun məzənnəsi isə 0,4 % artaraq 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00641 Rusiya rublu0,02321 Avstraliya dolları1,24411 Argentina pesosu0,01741 Belarus rublu0,67851 Braziliya rialı0,33001 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1171100 Cənubi Koreya vonu0,14691 Çexiya kronu0,0790100 Çili pesosu0,21961 Çin yuanı0, 26301 Danimarka kronu0,26981 …

Read More »

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl rayonundakı mövcud vəziyyətlə tanış olduqdan sonra Şuşa şəhərinə səfərə gediblər. Boyukmillet.com xəbər verir ki, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olacaqlar. Səfər çərçivəsində Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşlarının Şuşa şəhərindəki Yuxarı və Aşağı Gövhər Ağa Məscidini, Cıdır düzünü və digər yerləri …

Read More »

DÇ-2022: Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. …

Read More »

Makron Tokayevlə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı Əfqanıstandakı vəziyyəti və Orta Asiya üçün nəticələrini müzakirə etdi. Boyukmillet.com “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Prezidentlər həmçinin iki ölkənin beynəlxalq təhlükəsizlik maraqları, eləcə də davamlı iqtisadi artım naminə əməkdaşlığı gücləndirmək istəyini müzakirə ediblər.

Read More »

Bu gündən Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minir

Bu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz: – iPhone üçün: https://apps.apple.com/app/id1541206996 – …

Read More »