Fransanın paytaxtı Parisdə ikinci Qarabağ müharibəsinin geosiyasi və geoiqtisadi nəticələrinə həsr edilmiş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə Milli Sənaye İnkişafı Cəmiyyətinin ofisində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy, fransalı professorlar, akademiklər, …
Read More »Yearly Archives: 2021
Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Xalq artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb. Boyukmillet.com xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib. Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı …
Read More »ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiriyin Twitter səhifəsində məlumat yayılıb. “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, diplomatik nümayəndəlikdən bildirilib.
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycanlı qəhrəmanlarımızı rəhmətlə yad edirəm”
“Bu gün Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinin birinci ildönümüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bununla əlaqədar olaraq, başda azərbaycanlı qəhrəmanlarımız olmaqla, vətənlərimizin ərazi bütövlüyü, təhlükəsizliyi və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – nazir bildirib.
Read More »Türk Şurasının XİN başçıları Azərbaycan şəhidlərinin xatirəsini yad ediblər
Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib. Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Read More »Azərbaycanın tanınmış idmançıları Anım Günü ilə bağlı paylaşımlar ediblər
Azərbaycanın idman ictimaiyyəti 27 sentyabr – Anım günü ilə əlaqədar müxtəlif paylaşımlar edib. Boyukmillet.com xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, müxtəlif federasiyalar və idmançılar şəhidləri ehtiramla yad etdiklərini bildirblər. Güləşçilər Hacı Əliyev, Mariya Stadnik, cüdoçu Rüstəm Orucov, karateçi Rafael Ağayev futbolçular Mahir Emreli, Ruslan Abışov, Ramil Şeydayev, milliləşdirilmişlərdən Şahruddin Məhəmmədəliyevlə Riçard Almeyda, Mert Çelik və şahmatçı …
Read More »Ukraynanın ekspert və jurnalistləri Vətən müharibəsi ilə bağlı Azərbaycana müraciət ünvanlayıblar
Ukraynalı ekspertlər və jurnalistlər Azərbaycanın Vətən müharibəsinin (II Qarabağ savaşı) başlanmasının ildönümü ilə bağlı müraciət ünvanlayıblar. Tanınmış hərbi ekspert Yuriy Koçevenko tərəfindən “Report”un Şərqi Avropa bürosuna təqdim olunan müraciətdə 27 sentyabr 2020-ci ildə Azərbaycanın əks-hücum əməliyyatı ilə başlayan və qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində həlak olan hərbçilər ilə yanaşı, mülki insanların, o cümlədən müharibədən sonra minaların partlaması nəticəsində həlak olan jurnalistlərin …
Read More »Sahibə Qafarova Anım Günü ilə bağlı paylaşım edib
Milli Məclisin sədri Sahibə Qafarova tviter səhifəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini böyük ehtiramla yad edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Read More »Bakıdakı katolik kilsəsində şəhidlərin xatirəsinə dua mərasimi keçirilib
Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə dua mərasimi baş tutub. Boyukmillet.com xəbər verir ki, tədbir çərçivəsində dini ayin icra edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib. Mərasimi Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete aparıb. Xatırladaq ki, bu gün Azərbaycanda Vətən müharibəsi şəhirdlərinin Anım Günü qeyd olunur.
Read More »Ekspert: “Azərbaycan suverenliyini bərpa etməklə Cənubi Qafqazın gələcəyinə təminat yaratdı”
“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatına başlamaqla xalqın suverenliyini, Avropanın təhlükəsizliyini və bütün Cənubi Qafqazın çiçəklənən gələcəyini təmin etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib. “Azərbaycan Prezidenti İlham Əliyev dövlət idarəetməsində liderlik, qətiyyət və cəsarət nümayiş etdirib və daim BMT Baş Assambleyasının qətnamələrində əks olunmuş …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
