Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2022

BMT yenidən Ukrayna ilə bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) maraqlı tərəfləri Ukraynada gərginləşə biləcək hər hansı addımdan çəkinməyə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib. “Biz inanırıq ki, bütün tərəflər vəziyyəti gərginləşdirə biləcək hər hansı bir addımdan çəkinməlidirlər”, – deyə Haq bildirib. Qeyd edək ki, Rusiya və Çinin etirazlarına baxmayaraq fevralın 1-i BMT Təhlükəsizlik Şurasının Ukrayna …

Read More »

Meksikada ötən il 33 mindən çox şəxs qətlə yetirilib

Rəsmi məlumatlara görə 2021-ci ildə Meksikada 33 308 nəfər qətlə yetirlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika və Coğrafiya İnstitutu məlumat yayıb. İnstitutun apardığı araşdırmaya görə, ötən ilin dekabrında yaşayış yerində özlərini təhlükəsiz hiss etməyən ölkənin yaşlı sakinlərinin sayı 65,8%-ə çatıb. Ən çətin vəziyyət Fresnillo şəhərində müşahidə olunur və şəhərdə bu göstərici 96,8%-ə çatıb. Rəsmi dövlət qurumlarının …

Read More »

Keşlədə 31 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Keşlə qəsəbəsində avtomobil evlərinin yanında yolu keçən 1991-ci il təvəllüdlü Quliyeva Nərmin Xanməmməd qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Təhlükəli asteroid Yerə yaxınlaşır

Fevralın 8-də “2007 UY1” adlı asteroid Yerə yaxınlaşacaq, o, planetdən beş milyon kilometrdən bir qədər çox məsafədə olacaq. Göy cisminin diametri 150 metrə çata bilər. Bu o deməkdir ki, nəzəri olaraq toqquşma zamanı planetə ciddi ziyan vura bilər. Bundan əlavə, “2007 UY1” Aton asteroidlər qrupuna aiddir, yəni onun orbiti Yerin orbitinə daxildən kəsir. “2007 UY1” adlı asteroid ilk dəfə 2007-ci …

Read More »

Perunun Baş naziri təyinatından dörd gün sonra istefa verib

Perunun Baş naziri Hektor Valer Pinto, yerli mətbuatda həyat yoldaşının onu 2016-cı ildə özünə və qızına qarşı məişət zorakılığı törətməkdə ittiham etməsi ilə bağlı xəbərlərin yayılmasından sonra istefa verdiyini açıqlayıb. “Peruda ifrat sağçılarla əlaqəli olan qəzetlərin mənə vurduğu zərbəni qəbul edirəm. İddialar yalan məlumatlara əsaslanır. Bunun doğru olduğunu deyən adamları məhkəməyə verəcəm”- deyə, Baş nazir əlavə edib. Qeyd edək ki, …

Read More »

Nigeriyada “Lassa” qızdırması 40 nəfərin ölümünə səbəb olub

Nigeriyada “Lassa” qızdırmasından son bir ayda azı 40 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb. 2022-ci ilin yanvar ayının dörd həftəsi ərzində “Lassa” qızdırmasına 211 nəfər yoluxub. Bu günə qədər ölkənin 36 ştatından 14-də qızdırma aşkarlanıb. Xəstəlikdən əziyyət çəkənlər 21-30 yaş arasındadır. “Lassa” epidemiyası Nigeriyada bir ildən artıqdır ki, davam edir. 2021-ci ildə …

Read More »

Bakıda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Şıxiyev Əhməd Arif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

ABŞ-dan 86 ton döyüş sursatı olan təyyarə Ukraynaya çatıb

ABŞ-dan 86 ton döyüş sursatı olan səkkizinci təyyarə Ukraynaya uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbuk səhifəsində bildirib. Qeyd edilir ki, yanvarın 22-dən etibarən ABŞ-dan Ukraynaya 650 tondan çox müdafiə texnikası göndərilib. NATO Ukraynaya birbaşa hərbi dəstək verməsə də, alyansa üzv olan bəzi dövlətlər Kiyevə hərbi yardım edir. Onların arasında ABŞ, Kanada və Polşa …

Read More »

“20 Yanvar” dairəsində “KamAZ” aşıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. “20 Yanvar” metro stansiyasının yanında 1975-ci il təvəllüdlü Xəlilov Teymur Abbasəli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə …

Read More »