Bazar , 11 Yanvar 2026
Drone Cameras

2040-cı ilə qədər Abşeron yarımadasının su qıtlığı riski daha da artacaq

“İqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır”.

Boyukmillet.com-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, proqnozlara görə 2040-cı ilə qədər illik istiliyin 1.5oC, 2100-cü ilədək isə 4 oC yüksələcəyi gözlənilir:

“2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə qədər azalacağı, 2100-cu ilə qədər isə 10%-ə qədər artacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”.

Check Also

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən …