Bazar ertəsi , 6 May 2024
Drone Cameras

212 İstanbul fotoqrafiya müsabiqəsi festivalı başladı

Türkiyənin mədəniyyət və turizm nazirliyi və Turizmi Təbliğat və İnkişaf Agentliyinin dəstəyi ilə “212 İstanbul fotoqrafiya müsabiqəsi” festivalı başlayıb.

Boyukmillet.com xəbər verir ki, 6-16 oktyabr tarixləri arasında beşinci dəfə təşkil ediləcək festivalda 60-dan çox sənətkarın 500-dən çox əsəri sərgilənəcək.

Fotoqrafiya dünyasının ən önəmli qurumlarından biri olan “Magnum Photos” yaradılmasının 75 illik yubileyinə həsr olunmuş xüsusi sərgisi ilə ziyarətçilərin görüşünə gələcək. Çi Çang, Stuart Franklin, Larry Towell, Olivia Arthur, Steve McCurry, Eve Arnold, René Burri, Hiroji Kubota, Cristina García Rodero, Marc Riboud, Werner Bischof, Dennis Stock, David Seymo kimi fotoqrafçıların əsərlərini sərgidə görmək olar.

www.212photographyistanbul.com saytına keçid edərək və festivalın sosial media hesablarından daha ətraflı məlumat ala bilərsiniz. 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …