Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

26 nəfərin həlak olması ilə nəticələnən qəzadan sonra Ukraynada An-26 təyyarələrinin uçuşuna qadağa qoyuldu

Ukrayna Prezidenti Vladimir Zelenski An-26 təyyarəsinə analoji olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tapşırıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

An-26 təyyarəsi sentyabrın 25-də Xarkov vilayətində hərbi hava limanından iki kilometr aralıda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəzanın mümkün səbəbi mühərrikin nasazlığıdır.

Təyyarədə qəza zamanı hərbi təyyarəçilər və kursantlar olub. Göyərtədə olan 27 nəfərdən 20-si kursant və 7-si ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 26-sı həlak olub.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …