Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Newscenter.az akademikin təbriki təqdim edir:
“Əziz həmvətənlər!
Sizi 11 Ayın Sultanı, Dünya müsəlmanlarının ən mübarək günü olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olmasını diləyirəm.
Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyəti böyükdür.
Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır.
Tolerantlıq ünvanı olan Azərbaycanda bütün dini konfensiyalar qardaşlıq şəraitində yaşayır, etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti, demokratik birgəyaşayış həyat tərzinə çevrilib.
Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bütün dinlərin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşır, hər il onların müqəddəs bayramlarını təbrik edir. Bu. Azərbaycan dövlətinin sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dərin ehtiramının ali nümunəsdir.
Əziz həmvətənlər,
3-cü ildir ki, biz Mübarək Ramazan bayramını şanlı Zəfərimizin bizə bəxş etdiyi əhval-ruhiyyə, qürur və iftixar hissi ilə öz ərazi ütövlüyünü təmin etmiş güclü Azərbaycanın fəxarətli vətəndaşları olaraq keçiririk.
Biz 30 il oruc tutub dualar edirdik ki, Qarabağımıza qovuşaq, neçə illər bunu niyyət edirdik. Uca Yaradan dualarımız qəbul etdi və bu müqəddəs bayramı Qarabağda keçirməyi də bizə nəsib etdi.
Üç ildir ki, Ramazan bayramını başqa bir hümmət və sevinclə qeyd edirik, bu müqəddəs bayramımızı işğaldan azad edilmiş torpaqlarda keçirmək, iftar süfrələri açmaq qismət olub. Bu gün Şuşada bayram namazı qılınır, azan səsi könülləri oxşayır.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, Ailələrinə səbir, Qazilərimizə cansağlığı diləyirəm.
Bir daha bayramınız mübarək olsun.
Uca Tanrı Azərbaycanı qorusun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki