Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ağdamda ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb

30 il əvvəl ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı öz feysbuk hesabında qətlə yetirilən şəxslərin yaxını Sadiq Xəlilov paylaşıb.

Həmin paylaşımı sizlərə təqdim edirik:

30 illik ayrılığa son!

24 iyul 1993-cü il şəhid olmuş övladının nəşini gətirmək üçün Ağdamın Sarıcalı kəndinə yollanan bu mülki şəxslər (atam ,əmim, dayım və ailə dostu Seyid Mehdi ) ermənilər tərəfindən öldürülürlər, sonra onları torpağa basdırırlar.

Xəqani adlı Sarıcalı kənd sakini bu hadisənin canlı şahidi olur. Xəqani dayı da öz yaşadığı Sarıcalı kəndinə gedərkən həmin yerdə ailəsi ilə birgə erməni gülləsinə tuş gəlirlər , 7 yaşlı oğlunu gözünün önündə öldürülür, özünü əsir götürürlər. 18 aydan sonra əsirlikdən qaçmağa müvəffəq olur.

Xəqani dayını tapdım , hadisəni olduğu kimi mənə danışdı, hadisə yerinə getdik və yaxınlarımın basdırıldıqları yeri mənə göstərdi.

Allah dövlətimizi qorusun.Məsələ nəzarətə gptürüldü, həmin ərazi minalardan təmizləndi və qazııntı işləri başlandı.19 iyun 2023-cü il tarixdə şad xəbəri aldıq.Yəqin ki bu yaxınlarda televiziyadan izləmisiniz.Xəqani dayının göstərdiyi yerdən 4 nəfərə aid sümüklər tapıldı.Hazırda analizlərin cavabını alana qədər səbirsizliklə gözləyirik.

Allahıma nə qədər şükürlər etsəm azdı .

Ali Baş Komandanımızın , şəhidlərimizin və qazilərimizin qarşısında baş əyirəm.Sizin sayənizdə biz hadisənin baş verdiyi Sarıcalı kəndinə gedə bildik,oraları qarış- qarış gəzdik və nəhayət ki , Dövlətimizin səyi nəticəsində şəhidlərimin sümükləri tapıldı .

Allah bütün şəhidlərə rəhmət eləsin!

Ayna Fərhad

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …