Şənbə , 27 Aprel 2024
Drone Cameras

30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib.

Eynallı kənd qəbirstanlığında keçirilən vida mərasimində şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

Əsəd Məmmədovun məzarına tər güllər düzülüb, əklillər qoyulub.

Üçrəngli Azərbaycan bayrağı şəhidin oğluna təqdim olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …