Bazar ertəsi , 13 May 2024
Drone Cameras

30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi

“Yelo Bank” ASC, “ASAN xidmət”in birgə təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə sosial aksiya keçirib.

Ramazan bayramı münasibətilə Tərtərin Talış kəndi sakinlərinə bayram sovqatları paylanılıb. Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiyada işğaldan sonra ilk iftar süfrəsi açılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qeyd edək ki, rəşadətli ordumuz tərəfindən Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilib. İndiyədək kəndə 90 nəfərdən çox olmaqla 20 ailə qayıdıb.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Check Also

AİB Rəhbərlər Şurası 2023-cü il üçün maliyyə hesabatlarını təsdiq edib

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurası bu gün bankın 2023-cü il üçün maliyyə hesabatlarını və …