Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

“İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir”, – hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …