Çərşənbə , 18 Mart 2026
Drone Cameras

76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun “Neftçilər” stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Check Also

Naxçıvanda DÖVLƏTİN subsidiyalı gübrəsi BAZARDA SATILIR… – BU NƏDİ BELƏ?

Naxçıvanda fermerlər üçün nəzərdə tutulan subsidiyalı gübrənin bazarda satıldığı bildirilir. Fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, …