Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran rəhbərliyində ABŞ-nin əməkdaşlıq edə biləcəyi fiqurlar var – Tramp

ABŞ İran rəhbərliyi daxilində əməkdaşlıq edə biləcəyi fiqurlar görür.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib: “Yaxşı olacağını düşündüyümüz bəzi fiqurlar var. Görəcəyik. Biz bu barədə danışırıq. Görəcəyik ki, işlər necə gedəcək”.

O, həmçinin hələ ki, İran üzərində “qələbə” və ona qarşı kampaniyanın bitdiyini elan etmək niyyətində olmadığını təsdiqləyib: “Bunun üçün heç bir səbəb yoxdur”. Lakin o, əməliyyatın tez bir zamanda başa çatacağını bildirib: “Neft və digər malların qiymətləri bu bitən kimi kəskin şəkildə düşəcək. Və bu, tezliklə başa çatacaq”.

Tramp həmçinin İrana hər hansı bir hücum üçün ABŞ quru qüvvələrini yerləşdirməyi planlaşdırıb-planlaşdırmadığını ıqlamaqdan qəti şəkildə imtina edib: “Niyə sizə qoşun göndərib-göndərməcəyimi deməliyəm? Mən hərbi strategiyanı açıq şəkildə müzakirə etmirəm. Bu suala kim cavab verərdi”?

Musavat.com

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …