Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım paketlərini elan etməyə hazırlaşır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

Söhbət döyüş sursatının, əsgəri təchizatın, tankların və artilleriyanın tədarükündən gedir.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrlik edən Pentaqon rəhbəri Lloyd Ostin “Ramştayn” formatında keçirilən növbəti görüşün yekunlarına əsasən vurğulayıb ki, 51 ölkənin nümayəndələri Rusiya ilə münaqişədə “lazım olduğu müddətcə” Ukraynaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov görüşün nəticələrini şərh edərkən bildirib ki, hava hücumundan müdafiə sistemi gücləndirilməli, döyüş sursatı ilə bağlı müraciətlər təmin edilməlidir.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …