Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanəsilli araşdırmaçı-yazarın Türkiyədə deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanəsilli araşdırmaçı-yazar, Anka Türk Birliyinin sədri, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Dərya Akdəmirin mayın 14-də qardaş ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə “Report”un Ankara bürosuna açıqlamasında onun özü məlumat verib.

O bildirib ki, parlament seçkilərində iştirak etmək üçün İstanbul üçüncü seçki dairəsindən müstəqil olaraq namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər qəbul olunub.

D.Akdəmir Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili olmaq arzusunu belə əsaslandırıb:

“Türkiyə parlamentində bir Azərbaycan türkü olaraq təmsil edilməkdə məqsədim Türkiyə-Azərbaycan, eləcə də digər türkdilli dövlətlər arasında əlaqələrinin inkişafına bacardığım qədər dəstək verməkdir”.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …