Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını Türkiyə və Rusiyaya ixrac edib

Bu ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayında bildirilir.

Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. Bu ay ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollarına bərabər olub.

2023-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına 19 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 milyon ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2 %-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8 % artıb.

2023-cü ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (227,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda ilkin formalı polipropilen (23,6 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5 %, çay ixracı isə 22,7 % artıb.

İki ayda Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …