Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

Ekvadorun mərkəzindəki Alausidə torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Alausidə torpaq sürüşməsi sonucunda 27 nəfərin öldüyü təsdiqlənib”, – qurumun tviter hesabında verdiyi açıqlamada deyilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Martın 31-nə olan vəziyyətə əsasən, 67 nəfər itkin düşüb.

Xatırladaq ki, martın 27-nə keçən gecə sürüşmə yaşayış binalarını uçurub. Ümumilikdə təbii fəlakət zonasında 500-dən çox insan olub. Qırmızı Xaçın qiymətləndirməsinə görə, 163 ev dağılıb və ya zədələnib.

Qeyd edək ki, daha öncə 21 nəfərin öldüyü bildirilirdi.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …