Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Los-Ancelesdə silahlı hücum olub, ölən və yaralananlar var

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində “Trader Joe’s”un ərzaq mağazası yaxınlığında naməlum silahlı şəxs atəş açıb.

Boyukmillet.com xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, olay yerli vaxtla aprelin 1-də saat 15:45-də (Bakı vaxtı ilə aprelin 2-də 02:45) baş verib. 45 yaşlı kişi hadisə yerində ölüb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlar ağır və ya kritik durumdadırlar.

Polis məmuru şübhəlinin yaxalandığını bildirib. Hadisənin səbəbləri bəlli deyil.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …