Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub.

Boyukmillet.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Check Also

İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib

İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib. …