Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ATƏT sədri: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılması üçün bütün təşəbbüsləri dəstəkləyirik”

“ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, hazırda onun məqsədi sülh və təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə nail olmaqdır.

“ATƏT təşkilata üzv dövlətlər arasında etimad yaratmaq niyyətini bir daha təsdiq edir, münasibətlərin qurulması və etimad mühitinin yaradılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməlidir. Mən nazirlə rəsmi Bakının bu prosesə necə töhfə verə biləcəyi barədə müzakirə apardım”, – Osmani bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri ölkələr arasında münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında birbaşa təmasların davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …