“Türk dövlətləri arasında əməkdaşlıq daha da gücləndirilməlidir”.
Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İstanbulda keçirilən “Böyük Türkiyə vizyonu” panelində çıxışı zamanı deyib.
O bildirib ki, bu, həm də dünyadakı mürəkkəb durumla bağlıdır.
Baş katibin sözlərinə görə, Türk dövlətləti arasında əməkdaşlığın güclənməsi terrorla mübarizəyə də töhfə verəcək.
K.Omuraliyev qeyd edib ki, TDT-nin region və dünyadakı rolu getdikcə artır: “Səmərqənddə keçirilən iclaslarda mühüm qərarlar qəbul etmişdik. Biz 2040-cı ilə kimi əsas strategiyamızı məüyyənləşdirmişik”.