Bazar , 24 Noyabr 2024
Drone Cameras

Litva polisi NATO sammiti zamanı aksiya keçirmək niyyətindədir

Litva polisi aşağı maaş və həddindən artıq iş yükü səbəbindən NATO-nun Vilnüs sammiti günlərində etiraz aksiyası təşkil etmək planından imtina etmək niyyətində deyil.

Boyukmillet.com xəbər verir ki, bu barədə “LRT” milli radiosunun efirində “Polis Zabitləri Birliyi”nin sədri Roma Katinene bildirib.

“Polisin öz fikrini bildirməsi üçün yanlış vaxt yoxdur. Belə bir məqamda etiraz etməkdən utanmaq bizə yaraşmaz. Polis əməkdaşlarının təhlükəli işlərinə görə kifayət qədər maaş almaması dövlət üçün, hakimiyyət üçün utancvericidir. Bu, onların motivasiyasına mənfi təsir göstərir”-deyə, o bildirib.

Həmkarlar ittifaqı öz üzvlərini son vaxtlar xeyli artan iş yükünə etiraz etməyə, əmək haqqının artırılmasını və polis əməkdaşlarının tibbi reabilitasiyası üçün daha çox vəsait tələb etməyə çağırıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …