Özbəkistan Prezidenti Şövkət Mirziyayev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib.
Eyni zamanda Ş.Mirziyayevin səfər proqramı açıqlanıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək.
Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.
Ş.Mirziyayevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.