Cümə , 22 Noyabr 2024
Drone Cameras

Avropa Sosial Şəbəkəsinin sədri: “Səhiyyə və sosial xidmətlər birləşdirilməlidir”

“Sosial xidmətin həlli yollarının tapılması barədə ciddi işlər görülməlidir. Dünyanın digər yerlərində də səhiyyə və sosial xidmətlər birləşdirilməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa Sosial Şəbəkəsininun sədri Kristian Fillet “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün
vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün sosial və səhiyyə sahəsində təhsil almış işçilərin çatışmazlığı əsas problemlərdəndir: “Vahid platformanın qurulması üçün bu sahədə olan boşluğu aradan qaldırılması istiqamətində səyləri əsirgəməməliyik. Fiziki məhdudiyyətli şəxslərin bu sahəyə cəlbi ilə bağlı işlər də görülməlidir”.

K.Fillet qeyd edib ki, Azərbaycanda dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitin mütəmadi şəkildə artırılması müsbət haldır: “Bu da əhaliyə daha yaxşı sosial xidmətlərin göstərilməsinə dəlalət edir. Texnologiya və innovasiyalar sosial xidmətdə yardımçı vasitələrdəndir”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …