Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün tərcümə edilən video roliklərin QR kodu hazırlanır

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi “Jest Dilində İcbari Tibbi Sığorta xidmətləri haqqında məlumat bazanın yaradılması və maarifləndirici tədbirlərin təşkili” layihəsi icrasını davam etdirir.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi təşkil olunan layihənin rəhbəri Cəmilə Çingizqızı bildirib ki, layihənin adından da məlum olduğu kimi layihə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün icbari tibbi sığorta xidmətlərinin jest dilində tərcüməsidir: “İşarət  dilində danışan insanlar üçün İcbari Tibbi Sığorta Agentliyinin youtube kanalında Jest dilində baza yaradılıb. İcbari Tibbi Sığorta xidmətlərinə daxil olan zərflər paketindən istifadə qaydası və hansı tibb ocaqlarına necə müraciət olunması qaydaları video tərcümə olunub. Hazırda eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün tərcümə edilən video roliklərin QR kodu hazırlanır. Hazırlanan QR kodlar buklet və kitabçalarının üzərinə vurularaq çap ediləcək”.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …