Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Tərtər rayonunda polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …