Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Kanada MN İsrailin Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə əmindir

Kanadanın Milli Müdafiə Nazirliyinin kəşfiyyatı İsrailin Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına zərbə endirmədiyinə yüksək dərəcədə əmindir.

Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi qurumun rəhbəri Uilyan Blerin bəyanatında bildirilib.

“Baş nazir (Castin Trüdo – red.) məndən Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil aparmağı tapşırmağımı xahiş edib. Kanada Qüvvələr Kəşfiyyat Komandanlığı (CFINTCOM) tərəfindən müstəqil olaraq aparılan təhlil İsrailin 17 oktyabr 2023-cü il tarixində xəstəxanaya zərbə endirmədiyini yüksək dərəcədə əminliklə göstərir. Daha çox ehtimal edilən ssenari göstərir ki, zərbə Qəzza zolağından atılan xətalı raket tərəfindən törədilib”, – sənəddə qeyd olunub.

Bler əlavə edib ki, bu işlə bağlı yeni məlumatlar ortaya çıxan kimi Müdafiə Nazirliyi ictimaiyyəti bilgiləndirəcək.

Xatırladaq ki, daha öncə “Guardian” Əl-Əhli xəstəxanasındakı partlayışla əlaqədar araşdırma aparıb. Eyni zamanda, “Newsweek” də bununla bağlı ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsinin də rəyini alıb.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …