Cümə , 27 Mart 2026
Drone Cameras

Gürcüstan Baş nazirinin birinci müavini: “Azərbaycan bizim üçün ən vacib tərəfdaşdır”

“Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunun açılışından öncə bildirib.

“Biz bu məsələyə böyük önəm veririk. Bizim əlaqələrimiz tək ticarət, enerji sektoru ilə bitmir, bir çox başqa sahələrdə də əməkdaşlığımız inkişaf edir. İnanırıq ki, qarşıdakı illərdə Azərbaycandan Gürcüstana qoyulan investisiyanın məbləği daha da artacaq”, – o deyib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …