Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiyaya gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar üzərində işləyirlər”, – o bildirib.

Eyni zamanda, Zelenski ABŞ ordusunun, digər müttəfiqlərinin və hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanının 20 aylıq şiddətli döyüşlərdən sonra müharibənin dalana dirənməsi ilə bağlı son bəyanatlarını təkzib edib.

“Onlar bizi məğlub edəcəklərini düşünürdülər, lakin bu baş vermədi. Bunun dalan olduğunu sanmıram”, – dövlət başçısı vurğulayıb.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …