Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avstriyanın federal naziri: “Avropa İttifaqı Ukraynaya çəhrayı eynəkdən baxır”

“Avropa Birliyi Ukraynanın cəmiyyətə qoşulması məsələsinə çəhrayı eynəkdən baxır, Brüssel isə Qərbi Balkan ölkələrinə həddindən artıq sərt yanaşır”.

Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq bəyan edib.

“İndi işlərin gedişatından bir az narazıyam. Mənə elə gəlir ki, Balkanlara böyüdücü şüşədən, Ukraynaya isə çəhrayı eynəkdən baxırlar. Təbii ki, Avropa səviyyəsində fəal müzakirələr aparılacaq. Mən gözləyərdim ki, Ukraynaya təqdim edilən standartlar eynilə Bosniya və Herseqovinaya da tətbiq olunsun. Mən Ukraynanın Aİ-də olmasını istəyirəm, lakin bu, dərhal klassik tam üzvlük olmamalıdır”-deyə, o bildirib.

Noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına icmaya qəbulla bağlı Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib. Aİ liderləri bu tövsiyələri dekabrın ortalarında keçirəcəkləri görüşdə təsdiqləsələr, o zaman Ukraynanın qəbulu ilə bağlı danışıqlar 2024-cü ilin mart ayının sonunda başlaya bilər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …