Bazar , 19 May 2024
Drone Cameras

İstanbulda Tatarıstanın səlahiyyətli nümayəndəliyinin yeni binası açılıb

Türkiyənin İstanbul şəhərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Türkiyədəki səlahiyyətli nümayəndəliyinin və Tatarıstan ticarət evinin yeni binasının açılışı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tatarıstan rəisinin mətbuat xidməti məlumat yayıb.

“İstanbulda Tatarıstan Respublikasının Türkiyə Respublikasındakı səlahiyyətli nümayəndəliyinin və “Tatarıstan” ticarət evinin yeni binasının açılışı olub. Bina İstanbulun Asiya hissəsində, Beykoz rayonunda boğaz üzərindən keçən ikinci körpünün yanında yerləşir”, – məlumatda bildirilib.

Xatırladılıb ki, respublikanın nümayəndəliyi 25 ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərir.

“Nümayəndəlik və ticarət evi Tatarıstanın Türkiyə və digər dünya ölkələri ilə ticarət-iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir. Türkiyə Respublikası Tatarıstanın aparıcı xarici tərəfdaşlarından biridir. 2022-ci ilin sonunda Türkiyə ilə Tatarıstan arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edib. Türkiyə sərmayədarları Tatarıstanda 10 zavod açıblar Respublikaya ümumi sərmayənin həcmi təxminən 2 milyard dollardır”, – ictimaiyyətin diqqətinə çatdırılıb.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …