Bazar , 19 May 2024
Drone Cameras

Gömrük sahəsi üzrə GUAM ölkələrində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb

GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.

Boyukmillet.com xəbər verir ki, fikir mübadiləsi noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası zamanı aparılıb.

Onlayn formatda keçirilən tədbirdə, həmçinin 35-ci iclasın protokolunun icrası, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov son dövrlərdə ölkəmizdə gömrük sahəsində aparılan islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi ilə bağlı görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verib. “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, Avtomatlaşdırılmış Risk Analizi sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SİO) layihələri barədə məlumat verilərək bildirilib ki, məqsəd süni intelekt, qabaqcıl texnologiya və metodların tətbiqi hesabına gömrük işininin təşkili prosesində səmərəliliyin artırılması, beynəlxalq ticarətin və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsinə şərait yaradılmasıdır.

Digər üzv ölkələrin nümayəndələri də gömrük sahəsində həyata keçirilən islahatlardan, tətbiq edilən yeniliklərdən bəhs edib, əməkdaşlığın, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Check Also

“Rusiya-Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

“KazanForum 2024″ beynəlxalq iqtisadi forum çərçivəsində, “Rusiya-Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi” …