Hindistan Müdafiə Nazirliyi ölkə istehsalı olan ilk təyyarə gəmisi “Vikrant” üçün “Dassault Aviation” tərəfindən istehsal olunan 26 “Rafale Marine” qırıcısının tədarükünə dair Fransadan müraciət alıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.
Məlumata görə, müraciət oktyabr ayında Hindistanın Parisə göndərdiyi sorğuya cavab olub.
Qeyd edilib ki, Hindistan bu il ölkənin Qoa ştatında sahilyanı təlim poliqonunda keçirilən nümayiş sınaqlarında ən yaxşı nəticə göstərən bu Fransa istehsalı qırıcıların alınmasını təsdiqləyib.