Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda konfrans keçirilir

Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir.

Boyukmillet.com xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır.

Tədbiri giriş sözü ilə Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin nümayəndəsi Rüstəm Mahmudov açaraq, Azərbaycanın QH-yə sədrlik etdiyi illərdə müstəmləkəçiliklə mübarizə məsələlərinə xeyli diqqət yetirdiyini qeyd edib.

Onun sözlərinə görə, dünyanın bir çox dövlətləri müstəmləkəçilik siyasətindən əziyyət çəkib və XXI əsrdə də bu problem davam edir: “Azərbaycan sədrlik etdiyi 4 il ərzində dekolonizasiya probleminə xüsusi diqqət yetirib. Təəssüf ki, hələ də bir çox ölkələr bu problemdən əziyyət çəkir. Müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərdən biri də Fransadır”.

O, həmçinin Azərbaycanın QH-yə sədrliyi çərçivəsində mühüm təşəbbüslərin həyata keçirildiyini, xüsusilə beynəlxalq konfransların təşkil edildiyini xatırladıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …