Qərbi Azərbaycan mövzusu Qarabağ zəfərinin nəticəsidir.
Boyukmillet.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin rəhbəri, deputat Zahid Oruc “Qərbi Azərbaycan yolunda” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: “Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlara qayıdış ruhunu dirçəldib. Bu mənada, Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir”.
Z.Oruc, həmçinin deyib ki, Qərbi Azərbaycan məsələsi Ermənistanda şok effekti yaradıb: “Bu məsələnin Azərbaycan parlamentində müzakirə olunması Ermənistanı ciddi narahat edir”.