Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Prezidentinin köməkçisi: “Fransanın Ermənistanı silahlandırması əks effekt verir”

“Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir”.

Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.

“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, – H.Hacıyev vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …