Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Cənubi Koreya Şimali Koreyanın addımlarına cavab olaraq Sarı dənizdə təlim keçirəcək

Koreya Respublikasının Dəniz Piyadaları Korpusunun bölmələri Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Sarı dənizdə atəş təlimləri keçirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Təlimlərdə Yenphyendo və Pennyondo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, daha əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreya sahil artilleriyasının Sarı dənizdə yerləşən Yenphyendo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını açıqlayıb. Komitə adalardakı mülki şəxslər və hərbçilər arasında itki olmadığını, mərmilərin rəsmi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin şimalına düşdüyünü açıqlamışdı.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …