Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Yeni Günəşlidə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb könüllü olaraq polisə 2 ədəd odlu silah təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Həmin şəxslərdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.

Həmçinin, ötən gün Yeni Günəşli qəsəbəsində müvafiq sənədləri olmayan 2 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …