Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Seçkiləri müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyə səfirliyində olublar

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb.

O bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), ATƏT PA və Parlamentlərarası Dostluq Qrupundan olan millət vəkilləri Türkiyə səfirliyində olublar.

“İkitərəfli əlaqələr və görülən işlərlə bağlı məlumat verdik”, – o vurğulayıb.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …