Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh SinehubovXarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər.

“Saat 13:30 radələrində Kupyansk şəhərinin atəşə tutulması nəticəsində ikimərtəbəli evin iki bloku dağıdılıb, azı 5 fərdi evə ziyan dəyib. Yaralı iki qadın tibb müəssisələrinə yerləşdirilib, bir mülki şəxsə isə yerindəcə tibbi yardım göstərilib. Dağıntılar altında insanlar ola bilər. Fəsadların aradan qaldırılması davam edir”, – Sinehubov qeyd edib.

O əlavə edib ki, təkcə şənbə günü işğalçı qüvvələr Xarkov vilayətində sərhəd yaşayış məntəqələrinə 10-dan çox hava zərbəsi endiriblər.

Bundan başqa, ölkənin Sumı vilayətinin Xotın icmasının ərazisinə endirilmiş artilleriya zərbələri sonucunda bir mülki şəxs ölüb, digəri yaralanıb. Bildirilib ki, ümumilikdə ərazidə 11 partlayış qeydə alınıb.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …