Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı iddialarını rədd edir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Rusiya üçün Ermənistanın iddiaları qəbuledilməzdir.
M.Zaxarova Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını xatırladıb.
Qeyd edək ki, Ermənistan baş naziir Nikol Paşinyan daha əvvəl söyləmişdi ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.