Cümə , 22 Noyabr 2024
Drone Cameras

MSN: Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər feykdir

Azərbaycanın Ukraynaya hərbi təyinatlı məmulatlar göndərməsinə dari xəbərlər feyk və dezinformasiyadır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) bildirib.

“Erməni teleqram kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə feyk və dezinformasiya xarakteri daşıyır. Erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – nazirlik diqqətə çatdırıb.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …