Şənbə , 14 Noyabr 2026

Hərbi

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – Rəsmi

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə Müdafə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması hədəflənir. Gənc əsgərlərin valideynlərindən və bütün vətəndaşlardan hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmaq, tətbiq olunan məhdudiyyəti …

Read More »

“Azad edilmiş torpağa ilk dəfə daxil olmağın hisslərini sözlə tam ifadə etmək çox çətindir” – “Qarabağ” ordenli polis polkovniki

Vətən müharibəsinin ağır döyüşlərindən keçən, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirən polis polkovniki Nurlan Məmmədov həmin günlərin canlı şahididir. “Qarabağ” ordenli zabit bu gün Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində xidmətini davam etdirir. Lent.az-a Daxili Qoşunların hərbçisi kimi Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş Nurlan Məmmədovla  döyüş meydanında yaşananlardan, tarixi Qələbəmizdən …

Read More »

Hərbi qulluqçular üçün alternativ cəza müəyyənləşir

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir.Boyukmillet.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Qanun layihəsində həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olması ilə nəticələnməsi əksini tapıb.Belə ki, zabitin, gizirin, …

Read More »

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən sənədlərin müvafiq qaydada rəsmiləşdirilməsi tələb olunur. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, ölkə daxilində və ya xaricdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya …

Read More »

Ölümü ilə həyat verən qəhrəmanTURQUT XƏLİLBƏYLİNİN ƏBƏDİ TƏBƏSSÜMÜ…

Bu şəklə baxanda adamın diqqətini ilk çəkən təbəssümdür. Elə bir təbəssüm ki, baxdıqca insanın ürəyinə qəribə bir istilik yayılır. Üzündəki nur, baxışlarındakı mehribanlıq, çöhrəsindəki sakitlik insanı istər-istəməz özünə çəkir. Elə bil qarşında heç vaxt görmədiyin, amma çoxdan tanıdığın doğma bir insan dayanıb. Sanki indicə nəsə deyəcək, gülümsəyəcək, sonra da öz təbəssümü ilə sənin də üzündə təbəssüm yaradacaq. Bəzən bir insanın …

Read More »

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Qurumun əməkdaşı kapitan Əsgərli Zəfər bildirib ki, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla …

Read More »

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Region və şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi Elnur Qocayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və nazirliyin birgə hazırladığı “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində deyib. E.Qocayevin sözlərinə görə, beynəlxalq arenada aparıcı dövlətlərlə müdafiə və təhlükəsizlik sahəsində müttəfiqlik, tərəfdaşlıq münasibətləri …

Read More »

General-mayor Elman Səmədov: “Azərbaycanın sülhməramlı fəaliyyəti beynəlxalq səviyyədə mühüm iz qoyub”

“Azərbaycan sülhməramlı fəaiyyətdə fundamental iş görüb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri General-mayor Elman Səmədov bildirib. General-mayor qeyd edib ki, ilk mərhələdə azərbaycanlı zabitlər Türkiyəyə göndərilib: “Yeni silah və texnikanın əldə edilməsi istiqamətində də böyük işlər görülüb. Beynəlxalq təcrübənin öyrənilməsinə …

Read More »

Talassemiyanın gen daşıyıcıları hərbi xidmətə yararlıdır – RƏSMİ

Talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı məsələsinə aydınlıq gətirilib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Musavat.com-a verilən məlumatda bildirilib ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, talassemiya xəstəliyinin gen daşıyıcısı olan şəxslər hərbi xidmətə yararlı hesab edilirlər. Belə ki, …

Read More »

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə …

Read More »